Cəlilabad rayonunun Qarazəncir kəndində baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.
Əsgərova Firuzə Mahmud qızı və Əsgərova Sənubər Ağahüseyn qızı yaşadıqları evdə qətlə yetiriliblər.
“Firuzənin başını kəsib, 50 metr sürüyüb və tövlədə gizlədiblər. Sənubər isə evdə yaylıqla boğulub. Qız birinci qrup əlildir. Ailə orta imkanlı ailədir. Ana və qız vərəm xəstəsi olduğu üçün qapalı şəraitdə yaşayırdılar. Onların evinə kimsə gəlib-getmirmiş. Meyitlər iylənəndən sonra aşkar edilib”, - məlumatda deyilir.
Hadisənin qisas məqsədilə törədildiyi ehtimal olunur.
* * * * *
Cəlilabad rayonunun Qarazəncir kəndində dəhşətli qətl hadisəsi qeydə alınıb.
Ötən gün, avqustun 29-da, 1932-ci il təvəllüdlü Firuzə və qızı 1974-cü il təvəllüdlü Sənubər yaşadıqları evdə öldürülüblər.
Firuzənin meyiti evin arxasında, tövlədə doğranmış vəziyyətdə aşkarlanıb.
İlkin araşdırma zamanı hadisənin Bayramov Yaşar Qayıb oğlu tərəfindən törədildiyi müəyyən edilib. Y.Bayramov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.//oxu.az