Azyaşlı qızlara binaların girişində hücum etmişəm. Onlara yaxınlaşıb əl atanda səsləri gəlib, qorxub qaçmışam.
Median.Az-ın “Xəzər” TV-yə istinadən məlumatına görə, bunu ötən gün hüquq-mühafizə orqanları tərəfindən saxlanılan paytaxt sakini Amil Paşayev deyib.
A.Paşayev etiraf edib ki, dörd azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
“Birinin arxasınca özüm düşmüşəm, digərlərinə isə yolda təsadüfən rast gəlmişəm”.
Bundan əlavə, A.Paşayev “Əhmədli” metrostansiyasının yaxınlığında təsadüfən gördüyü qadınları izləyərək münasib bildiyi şəraitdə onların çantalarını açıq talama yolu ilə alaraq hadisə yerindən qaçıb. Qeyd edək ki, saxlanılan şəxsin ələ keçirdiyi çantaların birində 120 manat pul olub.
Faktla bağlı Amil Paşayev barəsində Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Polis əməkdaşları Amil Paşayevin paytaxtın digər ərazilərində də analoji cinayətlər törətdiyini istisna etmirlər.