Median.Az xəbər verir ki, Nərimanov RPİ 18-ci polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində, avqustun 9-dan 22-dək olan müddətdə rayon ərazisində 3 qadının çantalarından pul və sənəd oğurlayan Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Günel Quliyeva saxlanılıb.
Nərimanov RPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.