Median.Az xəbər verir ki, Bakı ş. BPİ Cinayət Axtarışı İdarəsi və Nizami RPİ 25-ci polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində, avqustun 21-də rayon ərazisindəki lombardların birindən 200 manat pul və qızıl boyunbağı oğurlayan Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Elgiz Nuriyev saxlanılıb.
Nizami RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.