Median.Az xəbər verir ki, Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ərçivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Akif Kərimov saxlanılıb. Ondan 1,2 qram psixotrop tərkibli metamfetamin, 2 ədəd siqaretə doldurulmuş marixuana, 1 ədəd pnevmatik tapança və 1 ədəd tir tapançası aşkar olunaraq götürülüb.
Araşdırma zamanı A.Kərimovun həmin psixatrop tərkibli maddəni Ərçivan qəsəbə sakini İbrahim Əliyevdən aldığı müəyyən edilib.
Keçirilmiş tədbir nəticəsində İ.Əliyev 4,2 qram tiryəki şərti alıcıya satarkən saxlanılıb, onun yaşadığı evə baxış keçirilən zaman zirzəmidən
5 kq 200 qram tiryək aşkar edilib.
Astara RPŞ İstintaq bölməsində cinayət işi başlanılıb.