Hakim köməkçisi və məktəb direktorundan hədə-qorxu ilə pul tələb edən müəllimin cinayət işi — TƏFƏRRÜAT » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:13 “Bu, Ukraynanın sonu deməkdir” - Zaxarova  |     21:45 Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir  |     21:35 Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub  |     21:27 Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı  |     21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |     20:58 Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi  |     20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |     20:36 Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər  |     20:27 Türkiyə ordusu Suriya və İraqda yeddi terrorçu öldürüb  |     20:20 Azərbaycanda minik avtomobili istehsalı 87 % artıb  |     20:09 Türkiyədə Rusiyanın “UnionPay” kart sisteminə xidmət dayandırılıb  |     20:02 "Formula 1": Las Veqas Qran-prisinin sıralama turunda birinci olan pilot müəyyənləşib  |     19:54 Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  |     19:48 Livanda xəstəxanaların 10 %-i fəaliyyətini dayandırıb  |     19:39 Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlar  |     19:31 Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib  |     19:26 Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar  |     19:18 Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb  |    

Hakim köməkçisi və məktəb direktorundan hədə-qorxu ilə pul tələb edən müəllimin cinayət işi — TƏFƏRRÜAT

Zaqatala rayonunda vəzifəli şəxslərdən hədə-qorxu yolu ilə pul tələb edən orta məktəb müəllimi Ali Məhkəməyə müraciət edib.

Median.Az
“ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 182.2.2-ci maddəsi ilə məhkum olunan Mahmudov Qılman Rüfət oğlunun məhkəmə prosesinə hakim Fərhad Kərimov sədrlik edəcək.

Qeyd edək ki, 21 avqust 2017-ci il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1982-ci il təvəllüdlü Mahmudov Qılman Rüfət oğlu 6 (altı) il müddətinə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsidə 1-ci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Belə ki, o, qanunsuz olaraq özgənin əmlakını ələ keçirmək məqsədilə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor tətbiq etmə və onun haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə təkrarən özgənin əmlakını hədə-qorxu ilə tələb edib.

Qılman Mahmudov 2016-cı ilin mart- may ayları ərzində özünün istifadəsində olan 070-659-98-98 mobil nömrəyə quraşdırılmış telefondakı “WhatsApp” vasitəsi ilə əvvəldən tanıdığı Zaqatala Rayon Məhkəməsində hakim köməkçisi vəzifəsində işləyən Əliyev Elvin Tofik oğluna hədə qorxu gəlib. Q.Mahmudov E.Əliyevin istifadəsində olan 055-272-22-12 mobil nömrəsinə quraşdırılmış telefonun eyni adlı xidmətinə avtomat şəkli göndərməklə mətn hissəsində “biçəsiyəm” məzmunlu sms yazıb, hədənin təsirini gücləndirmək üçün həmin ərəfədə profil şəklinə tapança və tüfənglə çəkilmiş fotoşəkillər qoyub. Həmçinin onun barəsində Ədliyyə Nazirliyinə rüşvət almasına dair şikayətlər edib haqqında rüsvayedici məlumatlar yaymaqla şərləyəcəyi ilə hədələyərək sonuncudan hədə-qorxuilə 1000 (bir min) manat məbləğində pul tələb edib.

Bundan başqa, Mahmudov Qılman Rüfət oğlu 2016-cı ilin iyul ayında təkrarən qanunsuz olaraq özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünün müəllim işlədiyi Zaqatala rayonunun Yuxarı Çardaxlar kənd orta məktəbinin direktoru vəzifəsini icra edən Qarayev Ramin Davud oğluna diplomunun saxta olması, hərbi biletinin olmaması, habelə sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməsi barədə hüquq-mühafizə orqanlarına məlumat verməklə haqqında rüsvayedici məlumatlar yayaraq işləməyə qoymayacağını bildirib və ondan hədə-qorxu ilə 500 (beş yüz) manat məbləğində pul tələb edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 755 22.08.18 15:45