Median.Az xəbər verir ki, avqustun 20-də Bakı şəhər sakini Əkrəm Tağızadənin üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı Yeni Ramana qəsəbəsindəki evində aşkar edilib.
Bakı şəhər Baş Polis İdarəsi (BPİ) və Sabunçu RPİ 12-ci polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti münaqişə zəminində törədən paytaxt sakini, əvvəllər məhkum olunmuş Sakit Mirzəyev saxlanılıb.
Sabunçu rayon prokurorluğunda faktla bağlı cinayət işi başlanılıb.