Median.Az xəbər verir ki, DİN Baş Cinayət Axtarışı İdarəsi və Nəsimi RPİ 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 18-də Bakı şəhər sakinləri olan 2 nəfərin mobil telefonlarını dələduzluq yolu ilə ələ keçirən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Vasif Orucov saxlanılıb.
Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.