Median.Az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi və Yasamal RPİ 26-cı polis bölməsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində, avqustun 11-də Bakı şəhər sakini K.Məmmədovanı döyüb, içərisində 200 manat pul olan çantasını və qulağındakı qızıl sırğanın bir tayını qoparıb aparan Gürcüstan vətəndaşları İlia Todradze və Gela Bolkadze saxlanılıblar.
Şəxsi axtarış zamanı İ.Todradzenin üzərindən 0,894 qram, G.Bolkadzedən isə 0,397 qram heroin götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq gedir.