Median.Az xəbər verir ki, avqustun 7-də Nəsimi rayonu ərazisindəki kafedən soyğunçuluq edilməsi barədə DİN-in “102” Zəng Mərkəzi Xidmətinə məlumat daxil olub.
Nəsimi RPİ 19-cu polis şöbəsinin əməkdaşları araşdırmaya başlayaraq müəyyən ediblər ki, kafedə naməlum şəxs Bakı şəhər sakini S.İsmayılovun mobil telefonunu və içərisində 1227 manat olan pul kisəsini ələ keçirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Bəhruz Hüseynov saxlanılıb.
Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.