Median.Az xəbər verir ki, Nizami RPİ 25-ci polis şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Adıgözəlovu saxlayıblar.
Müəyyən edilib ki, ötən gün 8-ci km. qəsəbəsi ərazisində o, küçə ilə hərəkət edən qadının başına selofan paketin içində gizlətdiyi daş parçası ilə zərbər endirib, sonra isə qulağında olan qızıl sırğasının bir tayını götürərək, hadisə yerindən qaçıb.
A.Adıgözəlovun analoji cinayətlərindən zərərçəkənlər varsa, bu barədə DİN "102-Zəng Mərkəzi" Xidmətinə və ya 25-ci polis şöbəsinə müraciət edə bilərlər.
Nizami RPİ İstintaq şöbəsində CM-nin 181.1-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.
комментариев