Median.Az xəbər verir ki, Ağcabədi rayon sakini Mirzəxan Baxşəliyev Qaradolaq kəndi ərazisində yerləşən fermanın həyətində idarə etdiyi "Niva" markalı avtomobillə qəsdən atası Musa Baxşəliyevi və ögey anası Dilarə Baxşəliyevanı vurub, sonra isə könüllü RPŞ-nə gələrək, təslim olub.
M.Baxşəliyev hadisə yerində ölüb, onun arvadı isə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Ağcabədi rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.