Median.Az xəbər verir ki, DİN "102-Zəng Mərkəzi" Xidmətinə müraciət edən Şahağacı kənd sakini bildirib ki, iyulun 27-nə keçən gecə bir nəfər maskalı şəxs yaşadığı evə pəncərədən daxil olaraq, əlindəki bıçaqla hədələyib, ondan 2000 manat və 5000 rus rublunu alıb.
Astara RPŞ əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində sözügedən kəndin sakini Rövşən Abdullayev saxlanılıb. Ondan quldurluq yolu ilə əldə etdiyi pulun bir qismi, həmçinin maska və əlcək maddi sübut kimi götürülüb.
RPŞ İstintaq bölməsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.