60 manata görə həbs olunan Əliağa: "Həbsxanada oğlan sevgilim var idi, söz vermişdim ki, yanına gələcəm" » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:27 Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı  |     21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |     20:58 Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi  |     20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |     20:36 Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər  |     20:27 Türkiyə ordusu Suriya və İraqda yeddi terrorçu öldürüb  |     20:20 Azərbaycanda minik avtomobili istehsalı 87 % artıb  |     20:09 Türkiyədə Rusiyanın “UnionPay” kart sisteminə xidmət dayandırılıb  |     20:02 "Formula 1": Las Veqas Qran-prisinin sıralama turunda birinci olan pilot müəyyənləşib  |     19:54 Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  |     19:48 Livanda xəstəxanaların 10 %-i fəaliyyətini dayandırıb  |     19:39 Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlar  |     19:31 Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib  |     19:26 Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar  |     19:18 Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb  |     19:07 Trampın keçid komandası seçilmiş prezidentə qarşı işin dayandırıldığını açıqlayıb  |     18:59 İranlı deputatdan atom bombası yaratmağa çağırış  |     18:46 Azərbaycan və Qırğızıstan gəncləri birgə fəaliyyətlə bağlı memorandum imzalayıblar  |    

60 manata görə həbs olunan Əliağa: "Həbsxanada oğlan sevgilim var idi, söz vermişdim ki, yanına gələcəm"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeronda aptek satıcısını şüşə parçası ilə hədələyib kassadakı 60 manat pulu quldurluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Əliağa Abdullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Median.Az
"Report"-a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Elan olunmuş ittiham üzrə Ə.Abdullayev özünü təqsirli bildiyini deyib.

O, sərbəst ifadəsində hadisəni bilərəkdən törətdiyini, ittihamda yazılanlarla razı olduğunu söyləyib: "Həbsdə yaxın tanışım, yəni "oğlan sevgilim" var idi. Ona söz verdim ki, "məm də yanına gələcəm". Buna görə də cinayət törətdim".

Ə.Abdullayev hadisə zamanı aptek satıcısından apardığı 60 manat pulu zərərçəkmişə qaytardığını bildirib.

Zərərçəkmiş Elsevər Hüseynov dindirilən zaman ona dəymiş zərərin ödənildiyini, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını vurğulayıb.

Məhkəmənin baxış iclası avqustun 28-nə təyin edilib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, bu il martın 15-də Abşeron rayon Polis idarəsinə Novxanı qəsəbəsi ərazisindəki apteklərdən birində quldurluq faktı barədə müraciət daxil olub. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin gün saat 18 radələrində Ağcabədi rayon sakini Elsevər Hüseynovun əczaçı işlədiyi aptekə gəlmiş naməlum şəxsin şüşə parçası ilə onu hədələyib kassadakı 60 manat pulu quldurluq yolu ilə apardığı müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Abdullayev saxlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            7 233 27.07.18 13:43