İnternetdə tanış olduğu qadının başına oyun açdı – Azərbaycanda ŞOK CİNAYƏT » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |     20:36 Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər  |     20:27 Türkiyə ordusu Suriya və İraqda yeddi terrorçu öldürüb  |     20:20 Azərbaycanda minik avtomobili istehsalı 87 % artıb  |     20:09 Türkiyədə Rusiyanın “UnionPay” kart sisteminə xidmət dayandırılıb  |     20:02 "Formula 1": Las Veqas Qran-prisinin sıralama turunda birinci olan pilot müəyyənləşib  |     19:54 Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  |     19:48 Livanda xəstəxanaların 10 %-i fəaliyyətini dayandırıb  |     19:39 Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlar  |     19:31 Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib  |     19:26 Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar  |     19:18 Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb  |     19:07 Trampın keçid komandası seçilmiş prezidentə qarşı işin dayandırıldığını açıqlayıb  |     18:59 İranlı deputatdan atom bombası yaratmağa çağırış  |     18:46 Azərbaycan və Qırğızıstan gəncləri birgə fəaliyyətlə bağlı memorandum imzalayıblar  |     18:32 Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı FƏRMAN  |     18:23 Türkiyədə azərbaycanlının 70 kiloqram qızılla saxlanılmasının ANBAAN GÖRÜNTÜLƏRİ (VİDEO)  |     18:17 Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?  |     18:14 Azərbaycanda bir universitetin təmirinə 790 min manat sərf olunacaq  |     18:03 Şahrudin Məhəmmədəliyev uzun müddət sonra yenidən yaşıl meydanlara qayıdır  |    

İnternetdə tanış olduğu qadının başına oyun açdı – Azərbaycanda ŞOK CİNAYƏT

İnternetdə tanış olduğu qadından xəstə olması, həbs ediləcəyi kimi bəhanələrlə külli miqdarda pul almaqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.

Median.Az
“Musavat.com”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Ramil Muradovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda yazılır ki, Ramil Muradov sosial şəbəkədə tanış olduğu, daha sonra isə aralarında yaxın münasibət yaranmış Sevinc Qasımovaya (ad və soyad şərtidir) qarşı külli miqdarda dələduzluq edib.

Belə ki, R.Muradov ilk olaraq münasibət qurduğu qadından qəza törətdiyini deyərək pul istəyib, söyləyib ki, əgər pul verməsə, həbs edilə bilər.

Daha sonra isə davada iştirak etdiyi üçün həbs edildiyini və azadlığa buraxılması üçün pul lazım olduğunu deyib. Növbəti dəfə də Sumqayıtda kafedə dava etdiyini, barəsində cinayət işi açıldığını və pul lazım olduğunu deyərək Qasımovanın etibarından sui-istifadə edib.

R.Muradov Qasımovadan daha çox qızıl və brilliant alıb. Aldığı qızılların bir hissəsini lombarda qoyaraq pul götürüb. Qasımovaya da vəd verib ki, qızılları qaytaracaq.

Daha sonra isə o, Qasımovadan 100 qram qızıl istəyib. Həmin qızılı bankda girov qoyaraq 10 min manat kredit götürəcəyini və lombardda olan digər qızılları çıxararaq ona qaytaracağını deyib. Bu cür vəddlər verən Muradov tanış olduğu qadını növbəti dəfə də aldadıb.

İttihamda göstərilir ki, Ramil Muradov sonuncu dəfə isə keçirdiyi yol qəzası zamanı aldığı xəsarətə görə müalicə almalı olduğunu deyərək Qasımovanı aldadıb və ondan 20 min manat istəyib. Hətta Ramil Muradov qardaşının müalicəsi üçün də Qasımovadan pul alıbmış.

Ramil Muradovun ümumilikdə Qasımovaya 150 min manata yaxın zərər vurduğu qeyd edilir. İttihamda göstərilir ki, həmin məbləğin böyük hissəsi qızıl-zinət əşyalarıdır. Bildirək ki, zərərçəkmiş kimi Qasımova ilə yanaşı onun həyat yoldaşı da tanınıb.

İttihama münasibət bildirən Ramil Muradov özünü təqsirli bilməyib və iddia edib ki, ona qarşı irəli sürülən ittihamlar əsassızdır.

Məhkəmə Ramil Muradova geniş ifadə vermək üçün növbəti məhkəmə prosesində qədər vaxt verib. Amma Ramil Muradov qısa olaraq deyib ki, cinayət işi materiallarında göstərilənlər yalandır.

"Bizim aramızda qızılın alınması, qaytarılması yalandır. Mən bu cinayət işimdən imtina edirəm. Bu qədər ədalətsilik olmaz"- deyə R.Muradov qeyd edib.

Hakim bildirib ki, növbəti prosesdə zərərçəkmişlərin də iştirakı təmin edilməlidir. Proses avqustun 9-da davam etdiriləcək.

Xatırladaq ki, hadisə bu il yanvarın 30-da Binəqədi rayon polis idarəsinə müraciət edən şəxs, mənzilindən külli miqdarda pulunun oğurlanması barədə məlumat verib.

Məlum olub ki, pul elə həmin şəxsin arvadı tərəfindən götürülüb.

Əməliyyatçılar qadını saxlayıblar. İlkin ifadəsində o, hadisədən xəbərsiz olduğunu deyib. Daha sonra etraf edib ki, pulu hissə-hissə Ramil adlı bir nəfərə kömək etmək məqsədi ilə verib.

Daha sonra 30 yaşlı paytaxt sakini Ramil Muradov saxlanılıb. O ifadəsində bildirib ki, həmin qadınla onlayın alış-veriş saytlarından birində əşya alarkən tanış olub. Ramil Muradov dələduzluq etmək niyyəti ilə qadına özünü ''hepatit'' xəstəsi kimi təqdim edib və ondan maddi kömək istəyib.

Ramil Muradov bu yolla 2017-ci ilin noyabr ayından bu ilin yanvar ayının sonuna qədər külli miqdada pul alıb.

Onun sözlərinə görə, qadından pulu iki dəfə özü alıb. Bir dəfə qadın pulu eyvandan atıb, digər vaxtlarda isə yaxınlıqdakı aptekə qoyurmuş.

Qeyd edək ki, R.Muradov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 514 26.07.18 18:10