Median.Az xəbər verir ki, Abşeron RPİ-nin əməkadşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Elməddin Əliyevi, Tural Dəmiroğlunu və Yusif Əbdülhəsənovu saxlayıblar.
İlkin araşdırma nəticəsində müəyyən edilib ki, onlar Saray qəsəbəsində 9 fərdi evdən oğurluq ediblər. Saxlanılan E.Əliyevin və T.Dəmiroğlunun sözlərinə görə, ev sahiblərinin olmadığı vaxtda yaşayış sahələrinə daxil olmaqla, əllərinə keçən məişət avadanlıqlarını, qiymətli əşyaları və pulları oğurlayıblar. Taksi sürücüsü kimi fəaliyyət göstərən Y.Əbdülhəsənov tanışlarının qarət etdikləri əşyaları idarə etdiyi avtomobillə daşıdığını, onların oğurluq olduğunu bilmədiyini deyib.
Abşeron RPİ İstintaq şöbəsində CM-nin 177.2.1 (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.