Sumqayıtda dənizdən kişi meyiti tapılıb
Median.Az Report-a istinadla xəbər verir ki, Xəzər dənizinin Sumqayıt şəhərinə düşən hissəsində kişi meyitinin olması müəyyən edilib.
Cəsəd sudan çıxarılaraq, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt Şəhər Şöbəsinə təhvil verilib.
Meyitin Sumqayıt şəhər sakini 1965-cı il təvəllüdlü İsgəndərov Elşən Mikayıl oğluna məxsus olması məlum olub.
Dənizdən meyiti tapılan şəxsin üzərində zorakılıq əlamətlərinin və bədənində bir bıçaq yarasının olduğu müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.