Bakıda avtoxuliqanlıq edənlər həbs edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:23 Türkiyədə azərbaycanlının 70 kiloqram qızılla saxlanılmasının ANBAAN GÖRÜNTÜLƏRİ (VİDEO)  |     18:17 Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?  |     18:14 Azərbaycanda bir universitetin təmirinə 790 min manat sərf olunacaq  |     18:03 Şahrudin Məhəmmədəliyev uzun müddət sonra yenidən yaşıl meydanlara qayıdır  |     17:55 Tacikistanın şimalında zəlzələ oldu  |     17:47 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılmalıdır? - Ali Məhkəmənin mövqeyi  |     17:46 Dayısının 14 yaşlı qızı ilə evlənən şəxsə şərti cəza verildi  |     17:41 Azərbaycanda bəzi kursantlara ödəniş ediləcək  |     16:41 Temperatur düşəcək, leysan yağacaq  |     16:30 Qəzzada öldürülən jurnalistlərin sayı 189-a yüksəldi  |     16:15 Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR  |     16:03 Səmayə Piriyeva vəfat etdi  |     15:52 Xəzər dənizində üzərək Azərbaycana qanunsuz yolla keçən əcnəbiyə hökm oxundu  |     15:48 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib  |     15:28 Bakıda mənzil qiymətləri nə qədər artıb?  |     14:54 COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR  |     14:37 Gəncədə qəzaya düşən avtomobil yanaraq kül oldu  |     14:22 COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanıldı - RƏSMİ (VİDEO)  |     14:13 Bakıda bir kəsişmədə hərəkətin təşkilində dəyişikliklər edildi  |     14:01 Erlinq Holand 65 avroya görə həbs oluna bilər  |    

Bakıda avtoxuliqanlıq edənlər həbs edildi

Bakı şəhərində avtoxuliqanlıq edərək digər yol hərəkəti iştirakçılarının həyatına və mülkiyyətinə real təhlükə yaratdığına, cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirən, polisin qanuni tələbini yerinə yetirməyən sürücülər inzibati məsuliyyətə cəlb olunub.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov Oxu.Az-a bildirib ki, müəyyən olunan sürücülər paytaxtın müvafiq rayon məhkəmələri tərəfindən çıxarılan qərarlar əsasında həbs olunmaqla inzibati məsuliyyətə cəlb olunub.

Salmanov Xəyal İntiqam oğlu iyunun 10-da, 12:30 radələrində “BMW- 528” markalı 90- ON-083 dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu Kənar Dairəvi yolda özündən öndə hərkətdə olan digər nəqliyyat vasitəsi ilə düzgün ara məsafəsi saxlamayıb.

Öndəki avtomobilin yolda keçid hüququna malik olduğu halda yol verməyib, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozması ilə nəticələnən inzibati xəta tərkibi yaradan hallar törədib.

Göstərilən əməllərin xüsusatlarına müvafiq olaraq X.Salmanov Yasamal Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 327.1, 331 və 511.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətməkdə təqsirli bilinib.

Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir il) müddətə məhdudlaşdırılmaqla, onun barəsində 15 (on beş) gün müddətinə həbs tətbiq edilib.

Hümbətov Elçin Məcnun oğlu iyunun 9-da, 00:05 radələrində “Chevrolet” markalı, 10-OZ-919 dövlət qeydiyyat nişanlı avtomobillə paytaxtın Tbilisi prospektində avtomobili idarə edərkən ictimai qaydanı və ictimai təhlükəsizliyi nümayişkaranə şəkildə davamlı olaraq pozmaqla inzibati xəta törədib.

Göstərilən əməllərin xüsusatlarına müvafiq olaraq, E.Hümbətov Yasamal Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 511.1 maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitəsinin idarə etmək hüququ 1 (bir) il müddətə məhdudlaşdırılmaqla, onun barəsində 30 (otuz) gün müddətinə həbs tətbiq edilib.

Eləcə də, təqsirli olaraq həbs edilən Hüseynov Kamal Vahid oğlu iyunun 11-də, səhər saatlarında polisin qanuni tələblərinə tabe olmayıb.

Polis əməkdaşları onu sakitliyə, nizam-intizama dəvət etsələr də, o, buna məhəl qoymayıb, qəsdən tabesizlik nümayiş etdirib.

Toplanan materiallar əsasında vətəndaşın əməlinə hüquqi qiymət verilməsi üçün 17-ci Polis Bölməsində baxılmaqla, müvafiq rayon məhkəməsinə göndərilib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməklə K.Hüseynov barəsində 10 (on gün) müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib.

Hər üç şəxslə Daxili İşlər Nazirliyinin İnzibati qaydada Həbs Olunanların Saxlanılma Məntəqəsində keçirilən görüşdə həbs olunanlarla profilaktik söhbətlər aparılıb.

Yol polisinin fəaliyyətinin birbaşa olaraq, yollarda hərəkət iştirakçılarının təhlükəsizliyinə yönəldiyini onların diqqətinə çatdırmaqla bildirilib ki, bu fəaliyyətin əsasını təşkil edən məsuliyyət hissi təkcə bir insanı yox, bütün cəmiyyəti narahat edir.

Ona görə də yollarda hərəkət iştirakçılarının intizam və məsuliyyəti diqqət mərkəzində saxlanılır.

Avtomobillə cəmiyyətə açıq hörmətsizlik ifadə edən şəxslərin hər biri ilə fərdi-profilaktik söhbətlər aparılıb.

Görüşdə törədilən hər bir əmələ görə cəzalanan şəxslər bu əməllərindən peşmançılıq duyduqlarını bildirib, törətdikləri əməlin nə qədər təhlükəli olduğunu açıq etiraf etməklə, sürücüləri yollarda daha həssas və diqqətli olmağa çağırıblar.

Onlar sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə və sükan arxasında olan zaman digər hərəkət iştirakçılarına hörmətlə yanaşmağa dəvət edib, barələrində verilən qərarın əməllərinə adekvat olduğunu qeyd ediblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 230 12.06.18 16:51