Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vəfa Osmanlının cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Median.Az "Report"a istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
O, məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, V.Osmanlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.
O, vətəndaşlar - Cəlalə Cəbrayılova, Kəminə Cəbrayılova, Solmaz Babayeva, Şalə Hüseynova, Asif Orucəliyev və digərlərinin etibarından sui-istifadə edərək onların ümumilikdə 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.
Cinayət işi üzrə 10 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərin bir qismi müəllim vəzifəsində çalışır.
İstintaq və məhkəmə istintaq dövründə V.Osmanlının barəsində həbs qətimkan tədbiri seçilməmişdi. Daha sonra o, məhkəmə iclaslarından yayındığı üçün həbs edilib.
Məhkəmədə o, ittiham üzrə V.Osmanlı özünü qismən təqsirli bildiyini deyib.
Xatırladaq ki, V.Osmanlı əvvəllər Azərbaycan İqtisad Universitetində tyuitor vəzifəsində çalışıb.