Məhkəmə “Pokrov Məhərrəm”lə bağlı qərar verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:59 Mətanət Əsədova aparıcıya əsəbiləşdi: “Mən onunla eyni dərəcədəyəm ki, belə sual verirsən?”  |     22:53 Bu ölkədə ən qədim insanların qalıqları tapılıb  |     22:38 İstanbulda silahlı hücum: Ölən və yaralananlar var - FOTO  |     22:25 Azərbaycanda istilik mövsümü başa çatır - BU TARİXDƏ  |     22:17 Xankəndinin yeganə Azərbaycan məktəbinin məzunları 41 il sonra bir arada - VİDEO  |     21:47 ABŞ səfirliyi: Ermənistandan olan azərbaycanlıların hüquqlarının qorunmasını dəstəkləyirik  |     21:31 Rusiyada DƏHŞƏT: Yaşlı qadın azyaşlı nəvəsini boğaraq öldürdü - FOTO  |     21:25 Orduda xidmət edib peşə sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ  |     21:07 Bakıda gənc oğlan özünü asdı  |     20:49 Kürdə batan ata və qızın yaxınları danışdılar: “Uşaq əlindən çıxıb düşüb suya...” - VİDEO  |     20:49 Kürdə batan ata və qızın yaxınları danışdılar: “Uşaq əlindən çıxıb düşüb suya...” - VİDEO  |     20:36 Antalyada kanat yolunda qalanların xilas edilməsi əməliyyatı başa çatıb - YENİLƏNİB  |     20:25 Kürdəmirdə zəncirvari qəza: Ölən və yaralananlar var - FOTO  |     19:57 Almaniya səfirliyinin əməkdaşlarının ailələri təcili şəkildə İranı tərk edirlər  |     19:27 Dirsəyi ilə rəqibini vuran Ronaldonu hansı cəzalar gözləyir? - VİDEO  |     19:19 Nazirlik MİDA-nın tenderini ləğv etdi  |     19:13 Bakıda torpağın bir sotu yarım milyon manata satılır (VİDEO)  |     19:04 KİV: Almaniyalı diplomatların ailələri İranı tərk edir  |     18:58 Antalyada kanat yoluna texniki xidmət həyata keçirən şirkətin sertifikatı olmayıb  |     18:50 Gürcüstandan Azərbaycana pul köçürmələri 30 % artıb  |    

Məhkəmə “Pokrov Məhərrəm”lə bağlı qərar verdi

Moskva məhkəməsi şəhərin mərkəzindəki “Food City” ticarət mərkəzində iri tərəvəz bazasının sahibi Azərbaycanın Şəmkir rayonunun Çinarlı kənd sakini Quliyev Məhərrəm Novruz oğlunu (Pokrov Məhərrəm) azadlığa buraxıb.

Median.Az
“Sputnik Azərbaycan”a istinadla xəbər verir ki, bununla bağlı Quliyevin Rusiyada yaşayan qohumları məlumat verib.

Xatırladaq ki, “Pokrov Məhərrəm” ləqəbi ilə tanınan biznesmen martın 30-da Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı dələduzluq maddəsi ilə ittiham irəli sürülüb.

Bundan əvvəl Quliyev Qərbi Buryulevoda Pokrovka tərəvəz bazasında böyük topdansatış obyektinə sahib idi. Baza 2013-cü ildə kütləvi iğtişaşlardan sonra bağlanıb. Quliyevi “qanuni oğru” Mirseymur Abdullayev himayə edirdi. 2003-cü ildə onun qətlindən sonra bütün səlahiyyətlər Rövşən Lənkəranskiyə keçib. Lənkəranski 2016-cı ilin avqustunda İstanbulda güllələnib.

Pokrovka bazası bağlandıqdan sonra azərbaycanlı “Food City” ticarət mərkəzinə köçüb.

Quliyevin müxtəlif şəxslərə 13 milyon dollardan çox borcu olub. Bu pullar onun hələ Pokrovka bazasında işlədiyi zamandan yığılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 561 08.06.18 12:57