"Yalvardım ki, məni burax, 3 balam var" - BAKIDA BANKA BASQIN İŞİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:03 Şahrudin Məhəmmədəliyev uzun müddət sonra yenidən yaşıl meydanlara qayıdır  |     17:55 Tacikistanın şimalında zəlzələ oldu  |     17:47 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılmalıdır? - Ali Məhkəmənin mövqeyi  |     17:46 Dayısının 14 yaşlı qızı ilə evlənən şəxsə şərti cəza verildi  |     17:41 Azərbaycanda bəzi kursantlara ödəniş ediləcək  |     16:41 Temperatur düşəcək, leysan yağacaq  |     16:30 Qəzzada öldürülən jurnalistlərin sayı 189-a yüksəldi  |     16:15 Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR  |     16:03 Səmayə Piriyeva vəfat etdi  |     15:52 Xəzər dənizində üzərək Azərbaycana qanunsuz yolla keçən əcnəbiyə hökm oxundu  |     15:48 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib  |     15:28 Bakıda mənzil qiymətləri nə qədər artıb?  |     14:54 COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR  |     14:37 Gəncədə qəzaya düşən avtomobil yanaraq kül oldu  |     14:22 COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanıldı - RƏSMİ (VİDEO)  |     14:13 Bakıda bir kəsişmədə hərəkətin təşkilində dəyişikliklər edildi  |     14:01 Erlinq Holand 65 avroya görə həbs oluna bilər  |     13:45 Türkiyədə 70 kiloqram qızılla tutulan azərbaycanlı şəxs diplomatdır? (YENİLƏNİB)  |     13:35 Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB  |     13:32 Naxçıvanda yanıq xəsarətləri alan şəxs xəstəxanada vəfat edib  |    

"Yalvardım ki, məni burax, 3 balam var" - BAKIDA BANKA BASQIN İŞİ

Bakıda banka basqın edən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb. O, borcu olduğu üçün həbs edilmək istədiyini deyib.

Median.Az
xəbər verir ki, Bakı Ağır Cinayərlər Məhkəsində quldurluqda təqsirləndirilən Nazim Məmmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxs Səriyyə Nəcəfova dindirilib.

O, istintaqa verdiyi ifadəsini təsdiqlədiyini və özünü pis hiss etdiyini deyib.

Hadisə günü baş verənləri danışarkən bunları deyib: "Məni bıçaqla hədələdi. Ona yalvardım. Bir Allah bilir, mən onda nələr çəkdim. Orda yaşlı, ya da hamilə qadın olsaydı, ürəyi partlayıb ölərdi. Yalvardım ki, məni burax, 3 balam var. O da insandı da, buraxdı. Sonra siqnalizasiya işə düşdü və polislər gəldi".

Zərərçəkmiş N.Məmmədovun bankdan pul istədiyini deyib: "Dedi ki, bunu tutmuşam, mənə pul verin. Nə qədər pul istədiyini demədi".

S.Nəcəfova şikayət və tələbinin olmadığını deyib.

İttihama görə, hadisə 2018-ci ul yanvarın 18-də saat 13 radələrində “Turan Bank” ASC-nin Yasamal filialında baş verib. Filiala gələn Nazim Məmmədov qəfil hərəkətlə orada müştəri olan 1967-ci il təvəllüdlü Səriyyə Nəcəfovanın arxasına keçib və mətbəx bıçağı onun boğaz nahiyəsinə dirəyib. Həmin şəxs xəzinədar Kənan Miriyevdən pul verməsini, əks halda qadını öldürəcəyini deyib. Həmin zaman kassada ümumilikdə 198 min 345 manat olub. Bu zaman mühafizə siqnalizasiyası işə düşüb və hadisə yerinə polis əməkdaşları cəlb edilib. Polis əməkdaşları həmin şəxsi tərksilah edərək tutub. Həmçinin ondan soyuq silah hesab edilən bıçaq götürülüb.

Nazim Məmmədov özünü ittiham üzrə qismən təqsirli bildiyini deyib.

O, hadisəni törətməsinin səbəbni borcu olması ilə izah edib: "Banka gedəndə məqsədim basqın etmək deyildi. Xeyli borcum var idi, əsəblərim də pozulmuşdu. İstəyirdim məni tutsunlar".

N.Məmmədov Cinayət Məcəlləsinin 181.2.5-ci (Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın. Silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə ittiham edilir./musavat.com/скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 073 05.06.18 17:31