Xəbər verdiyimiz kimi, bu ilin mart ayının 30-da Fransanın Tuluza şəhərində yaşayan kriminal avtoritet Rahim Namazov (ləqəbi "Şəkinski”) və həyat yoldaşının olduğu "Audi” markalı avtomobil naməlum şəxslər tərəfindən atəşə tutulub. Rahim Namazovun ümumilikdə, maşına 7 dəfə atəş açılıb. Aldığı güllə yaralarından həyat yoldaşı dünyasını dəyişib.
Unikal.org-un Fransa mətbuatına istinadən əldə etdiyi məlumata görə, həyatına sui-qəsd olunmuş kriminal avtoritet Rahim Namazov (ləqəbi "Şəkinski”) sağalıb və özünü yaxşı hiss edir.
Fransa KİV-lərinə müsahibəsində Namazov həyatına təhlükə mövcud olduğu üçün özünü təhlükəsizlikdə hiss edə bilmədiyini deyib. Bununla bərabər, o, Fransa KİV-lərini aldadaraq kriminalla heç bir əlaqəsinin olmadığı qeyd edib.
Bu arada Rahim Namazovun qətlə yetirilən həyat yoldaşının da görüntüləri yayımlanıb.