Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayon sakini Vüsal Şıxəliyevin (1994-cü il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Median.Az xəbər verir ki, ötən il dekabrın 3-də Masazır qəsəbəsində Vüsal Şıxəliyev bibisi Yeganə İmamverdiyevaya (1975-ci il təv.) balta ilə çoxsaylı xəsarət yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, bir gündən sonra keçinib. Şübhəli şəxs Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb, fakt üzrə rayon prokurorluğunda cinayət işi başlanıb.
Tutulan Vüsal Şıxəliyev cinayəti qisqanclıq zəminində törətdiyini bildirib.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə baxış aprelin 9-na təyin olunub.