Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:08 Bayramdan sonra iş rejiminə qayıtmaq: Adaptasiya dövrünü necə asanlaşdıraq? | 15:50 Azərbaycanın təşəbbüsü BMT-də qəbul edildi | 15:42 Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun - Təklif | 15:39 Azərbaycanda yeni iş modeli tətbiq oluna bilər | 15:38 Minimum əməkhaqqının artırılması üçün ilk addım atıldı | 14:28 İrəvanda Azərbaycan əsgəri Koçaryanla qonşu kamerada saxlanılır | 14:26 İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı | 14:15 Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü | 14:14 20 Yanvardakı tıxaclar azala bilər: Yeni yolun üstünlükləri | 13:52 Aztəminatlı gənclərə müjdə: 35 milyon manat ayrılır | 13:12 Əməkhaqqı saatla hesablanacaq: Yeni sistem kimlərə aid olacaq? | 13:09 Telefon yoxlamaq sevgi deyil - Psixoloqdan AÇIQLAMA | 13:08 İlham Əliyev bolqarıstanlı həmkarına başsağlığı verdi | 13:07 Şamaxıda su çəninə düşən qadın öldü | 13:06 Dövlətə milyonlarla manat ziyan vuran sabiq vəzifəli şəxsə ittiham elan edildi | 13:01 Penitensiar Xidmətdən qovulub həbs edildi, təcridxanada keçmiş hərbçini aldatdı | 12:53 Sükan arxasında "Tiktok"da canlı yayım açan sürücülərə xəbərdarlıq | 12:30 Azərbaycan şərabının hazırlanmasında Ermənistan məhsullarından istifadə edilir? - VİDEO | 12:28 Vəzifəli şəxs qəfil vəfat etdi: Bacısı oğlunun toyuna hazırlaşırmış | 12:27 Azərbaycan neftinin qiyməti 100 dollardan endi |
Mojo.az Avto
Mojo.az Avto

Goranboyda kütləvi dava olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

05.01.2018 00:30 3 761
Goranboyda kütləvi dava olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
Goranboyda kütləvi dava olub.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə zamanı 3 nəfər bıçaq xəsarəti alıb.

Onlardan ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yaralılardan biri 1995-ci il təvəllüdlü Hətami Anar Azad oğludur. O, dava zamanı çoxsaylı bıçaq yarası alıb. Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. A.Hətaminin vəziyyəti ağırdır.

Dava zamanı bıçaq xəsarəti alan daha bir nəfər - Dəlməmmədli şəhər sakini, 1996-cı il təvəllüdlü Zülfüqar Əbili oğlu Cəbrayılov Abbas Səhhət adına Xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə şahidlərinin sözlərinə görə, dava Dəlməmmədlidəki marketlərdən birinə hücum zamanı baş verib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

* * * * *

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə Dəliməmmədli şəhərində qeydə alınıb.

Belə ki, şəhərin şəxsiyyəti hələlik müəyyənləşdirilməmiş 20-23 yaşlı sakini bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib. Hazırda əməliyyat edilən yaralının vəziyyəti ağırdır.

Onun kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

Son xəbərlər