Onlayn mediada vətəndaşı şantaj edən şəxs həbs edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, vətəndaş barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 19 500 manat pul tələb edən 51 yaşlı Bəhlul Şıxalıyev Hacıqabulda saxlanılıb.
Polis əməkdaşları tərəfindən onun üzərindən zərərçəkəndən hədə-qorxu ilə əldə etdiyi pulun bir hissəsi aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. B.Şıxalıyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.