119 milyon manatdan çox vəsaiti ölkəyə qaytarmayan sahibkarlar İFŞA OLUNDULAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:20 Nazirlik gözlənilən güclü küləklə bağlı əhaliyə çağırış edib  |     21:12 Gürcüstanda nümayişlər zamanı üzü maska və ya digər vasitələrlə örtmək qadağan edilib  |     21:07 “Coca-Cola”ya qarşı uşaqlarda asılılıq yaratdığına görə məhkəmə iddiası qaldırılıb  |     21:00 Azərbaycanla İndoneziya arasında diplomatik və xidməti pasportların sahibləri vizadan azad edilib  |     20:55 “Bakı Sığorta”nın lisenziyası ləğv edilib  |     20:46 DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələnin püşkü atılıb  |     20:41 Xarici analitik: Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması Ermənistana əhəmiyyətli fayda verəcək  |     20:33 Peskov: Putinlə Paşinyanın görüşü planlaşdırılmayıb  |     20:28 Azərbaycandan turist axını 17 % artıb  |     20:20 Bakıda yeni park salınacaq, söküntü işlərinin həcmi açıqlanıb  |     20:14 Bursada məhkəmə binasına silahlı hücum olub, iki nəfər ölüb - VİDEO  |     20:06 İzmirin Aliağa meydanında Heydər Əliyevin xatirəsi yad edilib  |     20:01 Hindistanda xəstəxanada yanğın baş verib, ölənlər var  |     19:53 Bakıda şirkətdən 15 min manatdan artıq mənimsəmə olub  |     19:46 DİM taksi sürücüləri üçün növbəti dəfə imtahan keçirəcək  |     19:40 Noyabrda 615 nəfərin Azərbaycana girişi məhdudlaşdırılıb  |     19:33 Ötən ay Avropadan Azərbaycana 55 nəfər readmissiya olunub  |     19:28 Azərbaycanın qadın idman gimnastikası üzrə hakimi 1-ci kateqoriyaya layiq görülüb  |     19:19 NATO-nun baş katibi Ukraynadakı münaqişədə ölənlərin sayını açıqlayıb  |     19:13 Estoniyada təhlükəsizlik vergisi tətbiq ediləcək  |    

119 milyon manatdan çox vəsaiti ölkəyə qaytarmayan sahibkarlar İFŞA OLUNDULAR

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan pul vəsaitlərinin ölkəyə qaytarılması istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

Hazırkı vaxtadək Bakı şəhərinin Nərimanov və Suraxanı Rayon prokurorluqları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bəzi sahibkarlıq subyektlərinin xarici ölkələrə ixrac edilmiş kənd təsərrüfatı məhsullarının alqı-satqısından əldə etdikləri pul vəsaitlərinin 70 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 119 milyon manatdan çox) hissəsinin ölkəmizdə müvəkkil edilmiş bank hesabına qaytarılması təmin edilib.

Prokurorluq orqanları tərəfindən bu kateqoriya araşdırmalara dair, yəni müxtəlif şəxslər tərəfindən mal və məhsulların ixracı nəticəsində əldə edilən pul vəsaitlərinin ölkəmizdə müvəkkil bank hesablarına qaytarılması istiqamətində zəruri prosessual tədbirlərin icrası davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            162 13.12.24 18:22