Bakıda sərnişinlərin şikayət etdiyi sürücü həbs olundu - Narkotik aludəçisi imiş » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:51 Azərbaycanlı reper 6 kq narkotiklə saxlanıldı - FOTO  |     23:06 Everestdən 100 dəfə hündür: Alimlər Yer mantiyasında nəhəng "adalar" tapdı  |     22:49 Yolda avtoxuliqanlıq edən yük maşını sürücüsü həbs edildi (VİDEO)  |     22:31 "Turan Tovuz"dan ayrılan futbolçunun növbəti klubu məlum oldu  |     22:18 Britaniya Belarusun MSK sədrinə qarşı sanksiyalar tətbiq etdi  |     22:07 Oğlunu hərbi xidmətə yola salan ana QƏFİL ÖLDÜ  |     21:41 Mütəxəssis yağlarla bağlı suallara aydınlıq gətirib - VİDEO  |     21:29 Tağı Əhmədovun qəbirüstü abidəsinə külli miqdarda PUL XƏRCLƏNİB - FOTO  |     21:27 Goranboyda BƏDBƏXT HADİSƏ: Yaşlı kişini QATAR VURDU  |     21:24 İrana gizli məlumatlar sızdıran İsrail əsgərləri həbs olundular  |     21:19 "Azneft" dairəsində avtomobil YANDI: SIXLIQ YARANDI - VİDEO  |     21:12 Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi: Qızını ölümlə hədələyib  |     20:50 Rusiyada axtarışda olan keçmiş məhkəmə hakimi Bakıda saxlanıldı  |     20:35 Finlandiya əcnəbilərin daimi yaşayış icazəsi almaq tələblərini sərtləşdirir  |     20:28 Macarıstanlı deputat: Azərbaycanı AŞPA-dan uzaqlaşdırmaq yanlış qərar idi  |     20:16 Taksilərin sayı azaldı: Bəs xidmətdə nə dəyişdi?  |     20:08 "Qalatasaray" ingiltərəli müdafiəçi üçün 6 milyon avro təklif edib  |     20:00 28 yanvar tarixi ilə bağlı CİDDİ XƏBƏRDARLIQ  |     19:54 İcra Hakimiyyəti ilə keçmiş işçisi arasında qalmaqal  |     19:46 Arvadını öldürən 70 yaşlı kişinin qardaşı oğlu da həbs edilib - Baltanı gizlədib  |    

Bakıda sərnişinlərin şikayət etdiyi sürücü həbs olundu - Narkotik aludəçisi imiş

Bakıda narkotik maddələrin təsiri altında avtobus idarə edən sürücü sərnişinlərin tələbi ilə saxlanılıb.

"Qaynarinfo"nun məlumatına görə, hadisə 30 oktyabr 2024-cü il tarixdə saat 17 radələrində baş verib.

Belə ki, 1969-cu ildə Laçın rayonunun Ağanus kəndində anadan olmuş, paytaxtda "Daewoo BS090" markalı avtobusun sürücüsü işləyən F.G. barəsində sərnişinlər polisə şikayət ediblər. İki qadın və bir kişi sərnişin sürücü F.G.-nin avtobusu idarə edən zaman özünü qeyri-adekvat aparmasını müşahidə ediblər, bu barədə ərazidə fəaliyyət göstərən polisə məlumat veriblər. Onlar əvvəlcə F.G.-yə yaxınlaşaraq avtobusu saxlamasını tələb ediblər. Bundan sonra ərazidə xidmət aparan DYP əməkdaşlarını məlumatlandırıblar. Həmin vaxt avtobusun sərnişini olmuş şəxslər digər avtobusa minərək ərazidən uzaqlaşıblar.

Sərnişinlərin şikayəti əsasında sürücü dərhal saxlanılaraq, tibbi müayinədən keçirilib və avtobusu narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunub.

Məhkəmənin qərarı ilə F.G. İnzibati Xətalar Məcəlləsinin 333-1.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, bir ay müddətinə inzibati qaydada həbs edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            210 02.11.24 16:15