Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıtda qaynı tərəfindən bıçaqlanan qadının son durumu AÇIQLANDI (YENİLƏNİB)

08.10.2024 14:09 2 223
Sumqayıtda qaynı tərəfindən bıçaqlanan qadının son durumu AÇIQLANDI (YENİLƏNİB)
Sumqayıtda qaynı tərəfindən bıçaqlanan qadının vəziyyəti açıqlanıb.

Sumqayıt Tibb Mərkəzindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, ötən gün saat 19:45-də 1980-ci il təvəllüdlü qadın Mərkəzin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub:

"Qarnın açıq yarası, budun kəsilmiş-deşilmiş yarası diaqnozları təyin edilən şəxs cərrahi əməliyyat olunaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti ağırdır".

* * * * *

Sumqayıtda qadın qaynı tərəfindən bıçaqlanıb.


"Report"un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda qeydə alınıb.

Elnurə Fəxrəddin qızı Yusifova yaşadığı evdə öz qaynı tərəfindən bıçaqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, oktyabrın 7-də saat 21 radələrində Sumqayıt şəhərində 1980-ci il təvəllüdlü E.Yusifovanın kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən onun qaynı, əvvəllər dəfələrlə məhkum olunmuş 1980-ci il təvəllüdlü Rauf Yusifov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər