Taleh Qaraşovu öldürmək istəyənin işi məhkəmədə » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:12 Qazaxıstan AZAL-ın qəzaya uğrayan təyyarəsinin qara qutularını Braziliyaya göndərib  |     17:41 Ordubadda ağır qəza: Altı nəfər xəsarət aldı  |     17:35 Bu il Azərbaycanda 110 sel, 167 dəfə dolu hadisəsi qeydə alınıb  |     17:32 İmtahan qrafiki bayramdan sonra açıqlanacaq  |     17:14 Təyyarəmizə eniş izni verməyən dispetçer dindirildi - VİDEO  |     17:02 Günəşdə iki güclü partlayış baş verib  |     16:39 Dünya əhalisi 2024-cü ildə təxminən 82 milyon nəfər artıb  |     16:31 Yeni il tətilində bölgə hotellərində rezervasiya neçə faiz dolub? - VİDEO  |     16:28 İlin son gününün havası açıqlandı - PROQNOZ  |     16:26 Bölgələrdə şəhid ailələri, müharibə əlillərinə 150 mənzil və fərdi ev verilib  |     16:05 Ötən gün ərzində pirotexniki vasitələrin satışı ilə məşğul olan 11 nəfər saxlanılıb  |     15:42 Sumqayıtda dəniz kənarından körpə meyiti tapıldı  |     14:29 Bakıda avtomobilin vurduğu şəxs xəstəxanada öldü  |     14:20 İsrail aviaşirkəti mart ayına qədər Moskvaya uçuşları dayandırıb  |     13:39 Rusiya xüsusi təyyarəsi ABŞ-a niyə uçub? - Zaxarova açıqladı  |     13:29 "BakuBus" Naxçıvana sərnişin daşıyacaq  |     13:17 İstanbuldan Bakıya gələn sərnişindən külli miqdarda narkotik götürülüb  |     13:03 “Azəriqaz” bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək  |     12:55 Azneft-Bilgəh-hava limanı marşrutu üzrə 185 məlumat lövhəsi quraşdırılıb  |     12:52 Bakıdan Aktauya uçan təyyarədə problem yarandı  |    

Taleh Qaraşovu öldürmək istəyənin işi məhkəmədə

Azərbaycanda terror aktları planlaşdırmaqda ittiham olunan Bəhruz Əskərovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

"Qafqazinfo"nun məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub.

İş üzrə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və xarici ölkə vətəndaşı zərərçəkmiş qismində tanınıb. İşə Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb olunan B.Əskərova qarşı Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12 (qabaqcadan əlbir olan bir qrup şəxs halında milli, irqi, dini ədavət və düşmənçilik zəminində təkrar adam öldürməyə hazırlıq), 28,214.2.1, 28,214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terror aktı törətməyə hazırlıq), 28,214-3.1 (terrorçuluqla əlaqədar təlim keçməyə hazırlıq), 28,277 (dövlət xadiminin həyatına sui-qəsd etməyə hazırlıq) və 28,278.1-ci (dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hazırlıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb.

Müəyyən edilib ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək onlara Lənkəranın icra başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib.

Həmçinin Bəhruz Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib.

Lakin o, DTX tərəfindən görülən tədbirlər nəticəsində cinayət əməllərini yekunlaşdıra bilməyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            345 05.10.24 13:26