Mojo.az Banner
17:20 Lavrov Azərbaycana təşəkkür etdi  |     17:19 Milli Məclisin sədri Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri ilə görüşüb  |     16:47 Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır"  |     16:42 Nazirliyin bölmə rəisi rüşvət verməyən şəxsi evsiz qoyub - Məhkəmə  |     16:39 Bakıda maşını xarab olan sürücü həbs olundu  |     16:34 Azərbaycan üçün yeni mərhələ: AQEM sammiti hansı fürsətləri yaradır?  |     16:26 Laos prezidenti Azərbaycanın regional rolundan danışdı  |     16:20 Ətin qiyməti ilə PİS XƏBƏR – Yaxın zamanda...  |     16:17 Hakan Fidan və Sergey Lavrov Bakıda görüşdülər  |     16:15 Emoməli Rəhmon İlham Əliyevə təşəkkür etdi  |     16:08 “Ailə məsələsidir” deyib susmayın: Tanınmış psixoloqdan xəbərdarlıq  |     16:05 Qırğızıstan Azərbaycanın AQEM-də sədrliyinin uzadılması təşəbbüsünü dəstəkləyir  |     15:47 Ekoloq: "Günəş panellərinin tullantıya çevrilməsinə indidən hazırlaşmalıyıq, yoxsa..."  |     15:38 "TikTok"da canlı yayımda söyüş söyənlər saxlanıldılar  |     15:32 Tokayev: "İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə tərəqqi nümunəsinə çevrilib"  |     15:22 Marketlərə kiberhücum: Mütəxəssislər Azərbaycandakı riskləri açıqladı  |     14:41 Cəhalətə qarşı mübarizə aparanlar dövlət tərəfindən dəstəklənəcək? – Deputat açıqladı  |     14:29 Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq  |     13:25 Kartdan-karta köçürmələrə limitləri banklar özləri müəyyənləşdirir  |     13:20 Paşinyan sülh müqaviləsi ilə bağlı tarix açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

9 il sonra azadlığa çıxan "OMON"çu yenə həbs edildi - FOTO

17.07.2024 12:32 2 466
9 il sonra azadlığa çıxan
Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) tərkibində dövlət çevrilişinə cəhd etməyə görə 13 il müddətinə məhkum edilərək 9 il sonra əfvə düşən Fuad Əhmədov yenidən həbs edilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 50 yaşlı "OMON"çu bu dəfə qanunsuz narkotik dövriyyəsində və qaçaqmalçılıqda ittiham olunub.

Şirkətlərdən birinə məxsus avtomobillə taksi sürücüsü işləyən F.Əhmədov 1500 manat qarşılığında İrandan Azərbaycana narkotik keçirməyə razılaşıb. Şahbaz adlı şəxsdən götürdüyü narkotik vasitəni gömrük postundan keçirərkən saxlanılıb.

F.Əhmədov gətirdiyi narkotiki Bakı şəhərindəki evində Şahbazın göndərəcəyi adama təhvil verməli imiş. O, tutulandan sonra bu barədə əməliyyatçılara da məlumat verib. Onunla birgə mühakimə edilən Azər İbrahimov narkotiki təhvil alarkən əməliyyatçılar tərəfindən cinayət başında tutulub. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda qanunsuz narkotik dövriyyəsi), 234.4.1-ci (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham edilib.

Adıçəkilən şəxslərin işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə araşdırılıb. Hökmə əsasən, F.Əhmədov 11 il, A.İbrahimov 10 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Rövşən Cavadovun rəhbərlik etdiyi Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsi (OMON) 1995-ci ildə dövlət çevrilişinə cəhd edib. 12 500 nəfərdən ibarət üçpilləli təşkilatın rəhbəri R.Cavadov elə hadisələr vaxtı aldığı xəsarətdən ölüb. Sonradan 710 nəfər XTPD qulluqçusu və tərəfdarı dövlət çevrilişi cəhdində iştirak ittihamı ilə həbs edilib. Onların bəziləri təqsirsiz olduğuna görə azadlığa buraxılıblar. Sonrakı illərdə bir neçə "OMON"çu əfv edilsə də, bu günə kimi həbsdə olanlar da var.



скачать dle 11.3
Mojo.az Banner