Mojo.az Banner
12:45 "Sumqayıt" 50-yə çatdı  |     12:44 Bakıda bir yaşlı körpə müayinəyə aparıldığı xəstəxanada öldü  |     12:43 Qızıl və gümüş ucuzlaşdı  |     12:42 Ali məktəbə qəbul imtahanı verəcək abituriyentlərin NƏZƏRİNƏ  |     12:40 Ölkədə yağış və güclü külək davam edir - FAKTİKİ HAVA  |     12:38 Tikinti obyektlərində yoxlama - Müqaviləsiz işlədilməyə görə 2,5 milyonluq CƏRİMƏ  |     12:37 Çexiyanın baş nazirinin Azərbaycana səfəri başa çatıb - FOTO  |     12:35 Keşlədə sökülən evə görə birdəfəlik maddi yardım veriləcək  |     12:32 Azərbaycan nefti ucuzlaşıb  |     12:30 Paytaxtda diqqəti cəlb edən hasarlanmış ərazi: Yeni metro stansiyası tikilir? - Video  |     12:18 Bakıda bir ərazidə sürüşmə təhlükəsi artıb - Video  |     12:15 Azyaşlının törətdiyi cinayətə görə günahkar kimdir? - "Uşaq elə filmlərə baxmamalıdır" (Video)  |     12:14 70 yaşlı kişi sanatoriyada öldü  |     12:10 Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini ziyarət ediblər - FOTO  |     12:00 Sürücülərin NƏZƏRİNƏ: Əyləc sisteminin ömrünü azaldan gizli amillər  |     11:58 Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər - FOTO  |     11:52 Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar - FOTO  |     11:39 KİV: ABŞ-də bəzi məşhur avtomobil markalarının satışı dayandırıla bilər  |     11:23 Cəlilabadda qəza: 13 yaşlı oğlan öldü  |     11:14 "Telegram" bir gündə dünya üzrə 105 000-dən çox kanal və qrupu blokladı  |    
Left Banner
Right Banner

Əmisi qızını öldürərək yandıran şəxs barədə Ali Məhkəmədən qərar

05.04.2024 12:46 1 137
Əmisi qızını öldürərək yandıran şəxs barədə Ali Məhkəmədən qərar
Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən Əfrayıl Məmmədovun barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 20 il müddətinə azadlıqdan məhrum edilib, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün ona Cinayət Məcəlləsinin 152.1 və 245-ci maddələri ilə cəza təyin olunmayıb. Hökmdə qeyd edilib ki, məhkum cəzasının ilk 7 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Şirvan Apellyasiya Məhkəməsi Əfrayıl Məmmədovun şikayətini təmin etməyib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, 5 iyul 2015-ci ildə Masallı rayon sakini Səidə Cəfərovanın evdən çıxaraq bir daha geri qayıtmaması faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb istintaq aparılsa da, Səidə Cəfərovanın tapılması mümkün olmadığından iş üzrə icraat dayandırılıb. Lakin sonradan Səidə Cəfərovanın öldürülməsinə əsaslı şübhələr müəyyən edildiyi üçün, 8 fevral 2022-ci ildə iş üzrə icraatın dayandırılması haqqında qərar rayon prokurorluğu tərəfindən ləğv edilməklə iş üzrə icraat təzələnib. Həyata keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Masallı rayonu, Təklə kənd sakini Əfrayıl Məmmədov qeyd edilən tarixdə əmisi qızı Səidə Cəfərovanı idarə etdiyi avtomobillə Təklə kənd ərazisində yerləşən əkin sahəsinə apararaq orada şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla onun boğaz nahiyəsinə bir dəfə qəsdən vurmaqla öldürüb. Daha sonra sonuncunun meyitini çayın kənarındakı qamışlıq ərazidə gizlədib, təxminən 25-30 gün sonra cəsədi gizlətdiyi yerə gedərək sümüklərin göründüyünü görüb. O, cinayətini gizlətmək məqsədilə balta vasitəsi ilə meyitin baş hissəsini ayıraraq torpaq sahəsinə basdırıb, digər sümükləri isə təxminən 500-600 metr kənarda tullantılar olan ərazidə üzərinə benzin tökməklə tam yandırıb. Əfrayıl Məmmədov iş üzrə dindirilərkən törətdiyi əməli etiraf edib, ifadəsində qeyd etdiyi meyitin basdırıldığı yerə baxış keçirilib, aşkar edilmiş insan sümük fraqmentlərinə bənzər qalıqlar müvafiq qaydada qablaşdırılaraq götürülüb. İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Əfrayıl Məmmədova Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkətlər etmə) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra Mahmud Mahmudov da bu iş üzrə cinayət məsuliyyətinə cəlb edilib. Onun cinayət işi ayrıca icraata ayrılıb.

Xatırladaq ki, əmisi qızını amansızlıqla öldürməkdə təqsirləndirilən Əfrayıl 2021-ci ildə televiziya verilişlərindən birinin efirinə çıxıb və soyuqqanlı şəkildə Səidənin harada olmasından xəbərsiz olduğunu deyib. 2000-ci il təvəllüdlü Səidənin anası Bibixanım Cəfərovanın iddialarını inkar edən Əfrayıl qızın itkin düşməsindən bir neçə gün əvvəl onunla mübahisə etdiyini və bu zaman ona sadəcə iki dəfə şillə vurduğunu bildirib:

“Mən ona başqa heç nə etməmişəm, deyirlər guya 10 kiloqramlıq dəmirlə vurmuşam, amma bunların hamısı yalandır”.

Səidə Cəfərovanın anası isə həmin vaxt qızının hər gün yaşadıqlarını gündəliyə yazdığını, orada Əfrayıl tərəfindən, hətta təcavüzə məruz qaldığını qeyd etdiyini bildirib.скачать dle 11.3
Mojo.az Banner