Sevgilisinə qarşı dələduzluq etməkdə təqsirləndirilən qadın hökmdən narazıdır » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:45 “Ukrayna dairəsi”ndə güclü tıxac - Təmir nə vaxt bitəcək? (VİDEO)  |     13:19 Söküntü aparılan ərazilərdə kompensasiya necə hesablanmalıdır?  |     13:15 Xaricdən 3,5 manata alınan şabalıd marketlərdə 11 manatdan baha satılır - QİYMƏTLƏR, CƏDVƏL (FOTO)  |     13:08 Yarım milyard manatlıq işlə bağlı MƏHKƏMƏ: "Dubaydan böyük məbləğdə pullar gətirmişdim"  |     13:06 Azərbaycanla Səudiyyə Ərəbistanı və İndoneziya arasında viza rejimi qismən ləğv olunub  |     13:05 Şamaxıda narkotik satışı ilə məşğul olan şəxs tutulub  |     13:03 Milli Qəhrəman Natiq Qasımovun adı məktəbə verildi  |     13:01 Beş gün əvvəl pəncərədən yıxılan şəxs xəstəxanada ölüb  |     12:58 86 milyon manatdan artıq pul vəsaitini ölkəyə qaytarmayan vəzifəli şəxslər HƏBS OLUNDULAR  |     12:55 Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - SƏBƏB  |     12:51 Naxçıvanda daha dörd idman federasiyası LƏĞV EDİLDİ  |     12:49 Sədərəkdə 51 yaşlı müəllim intihar etdi  |     12:44 Elektrikli avtobus niyə yolda qalıb? (VİDEO)  |     12:30 Bakıda qadın öldürüldü - Ögey oğlu saxlanıldı (YENİLƏNİB)  |     12:28 Bəzi ərazilərdə qar örtüyünün hündürlüyü 20 sm-ə çatıb - FAKTİKİ HAVA  |     12:23 Gürcüstan vətəndaşı Bakıda dəm qazından boğularaq öldü  |     12:21 Narkotiklə dolu avtomobili evakuatorun üzərində paytaxta gətirmək istəyən dəstə üzvləri saxlanılıb - FOTO  |     12:17 Şimali Koreyanın Cənubi Koreyaya qarşı "zibil terroru" davam edir  |     12:10 Azərbaycanın Xalq rəssamı Rafiq Nəsirov vəfat edib  |     12:09 Diabet əleyhinə dərman xərçənglə mübarizədə faydalı olub  |    

Sevgilisinə qarşı dələduzluq etməkdə təqsirləndirilən qadın hökmdən narazıdır

Sevgilisinin külli miqdarda pulunu dələduzluqla ələ keçirməkdə təqsirli bilinərək bəraət alan Sevinc Bədəlovanın barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Pravda.az xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi qadına bəraət verib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, S.Bədəlova sevgilisi, dövlət qurumlarından birində vəzifədə çalışan Aydın Məmmədovun (şərti) 434 min manat pulunu dələduzluqla ələ keçirməkdə təqsirləndirilib.

O, A.Məmmədova deyib ki, Latviyanın paytaxtı Riqada yaşayan qardaşı vəfat edib və ona külli miqdarda əmlak qalıb. O, həmin əmlakları adına keçirərək biznes qurmasına kömək etməsi məqsədilə 2016-19-cu illər ərzində A.Məmmədovdan 434 min manat pul alıb. A.Məmmədov dövlət qurumunda, S.Bədəlova isə onun evinin yaxınlığındakı gözəllik salonunda işləyirmiş.

S.Bədəlovaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə doqquz il müddətinə azadlıqdan məhrum edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 095 28.12.23 15:15