Dövlət müəssisələrinə külli miqdarda zərər vuran dəstə ƏLƏ KEÇDİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:48 Sumqayıtda 40 yaşlı kişi kafedə öldü  |     14:18 Pensiyalarla bağlı son rəqəmlər - 535 AZN və 572 AZN olacaq (VİDEO)  |     14:03 Gələn il yanvarın 29-u qeyri-iş günü olacaq  |     13:45 “Ukrayna dairəsi”ndə güclü tıxac - Təmir nə vaxt bitəcək? (VİDEO)  |     13:19 Söküntü aparılan ərazilərdə kompensasiya necə hesablanmalıdır?  |     13:15 Xaricdən 3,5 manata alınan şabalıd marketlərdə 11 manatdan baha satılır - QİYMƏTLƏR, CƏDVƏL (FOTO)  |     13:08 Yarım milyard manatlıq işlə bağlı MƏHKƏMƏ: "Dubaydan böyük məbləğdə pullar gətirmişdim"  |     13:06 Azərbaycanla Səudiyyə Ərəbistanı və İndoneziya arasında viza rejimi qismən ləğv olunub  |     13:05 Şamaxıda narkotik satışı ilə məşğul olan şəxs tutulub  |     13:03 Milli Qəhrəman Natiq Qasımovun adı məktəbə verildi  |     13:01 Beş gün əvvəl pəncərədən yıxılan şəxs xəstəxanada ölüb  |     12:58 86 milyon manatdan artıq pul vəsaitini ölkəyə qaytarmayan vəzifəli şəxslər HƏBS OLUNDULAR  |     12:55 Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - SƏBƏB  |     12:51 Naxçıvanda daha dörd idman federasiyası LƏĞV EDİLDİ  |     12:49 Sədərəkdə 51 yaşlı müəllim intihar etdi  |     12:44 Elektrikli avtobus niyə yolda qalıb? (VİDEO)  |     12:30 Bakıda qadın öldürüldü - Ögey oğlu saxlanıldı (YENİLƏNİB)  |     12:28 Bəzi ərazilərdə qar örtüyünün hündürlüyü 20 sm-ə çatıb - FAKTİKİ HAVA  |     12:23 Gürcüstan vətəndaşı Bakıda dəm qazından boğularaq öldü  |     12:21 Narkotiklə dolu avtomobili evakuatorun üzərində paytaxta gətirmək istəyən dəstə üzvləri saxlanılıb - FOTO  |    

Dövlət müəssisələrinə külli miqdarda zərər vuran dəstə ƏLƏ KEÇDİ

Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən yarımstansiyadan oğurluq edən üç nəfərdən ibarət dəstə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, saxlanılan şəxslər Bakı şəhəri, Qaradağ rayon sakinləri Arif Şirəliyev, Felmar Türbəndəyev və Anar Əhmədovdur.

Dindirilmə zamanı hər üç şəxs törətdikləri cinayət əməlini etiraf ediblər. Aparılan araşdırmalar zamanı məlum olub ki, A.Şirəliyev, F.Türbəndəyev və A.Əhmədov noyabr ayının əvvəlində rayonun Qazıqumlaq kəndi ərazisində yerləşən və istismarda olan 35/10 kV-luq yarımstansiyanın binasına qanunsuz daxil olaraq 3 ədəd vakuum tipli açarlar oğurlamaqla dövlət müəssisəsinə 10 000 manata yaxın maddi ziyan vurublar.

Polis əməkdaşları tərəfindən adıçəkilən şəxslərin ətrafında aparılan istintaq hərəkətləri zamanı onların digər cinayət əməllərinin üstü də açılıb. Belə ki, A.Şirəliyev, F.Türbəndəyev və A.Əhmədov son 6 ay ərzində respublikanın 11 şəhər və rayonu ərazisində analoji faktları törədərək yarımstansiyalardan vakuum tipli açarları oğurlamaqla dövlət müəssisələrinə külli miqdarda zərər vurublar.

Qanunsuz yolla ələ keçirdikləri “qənimətləri” Bakı şəhəri ərazisində dəyərindən ucuz qiymətə satan dəstə üzvləri əldə etdikləri pulları öz aralarında bölüblər.

Açarların bir qisminin yeri polis əməkdaşları tərəfindən müəyyən edilib və maddi sübut kimi götürülüb.

Faktla əlaqədar Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Onların digər analoji hadisələr də iştiraklarının olub-olmaması araşdırılır.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 362 15.12.23 13:13