Yardımlıda 10 min ədəd metadon həbi aşkarlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:44 Ukrayna əsgərləri Kremennaya yaxınlığında itirilmiş mövqelərini geri aldı - ISW  |     21:28 Şəmkirdə tikinti materialları satışı mağazası yanıb, bir nəfər xəsarət alıb  |     21:20 İmişlidə yol qəzası olub, xəsarət alanlar var  |     21:11 Keçmiş gömrük əməkdaşına hökm oxunub  |     21:06 Fransada nümayişçilərlə polis arasında toqquşma olub, 17 nəfər saxlanılıb  |     20:59 Erməni hərbi həkimlər NATO-nun təlimlərində iştirak edəcəklər  |     20:47 Azərbaycanda beyin ölümü keçirən şəxslərin yaxınları transplantasiyaya razılıq verməyib  |     20:39 Ukraynanın Xarkov vilayətinə hücum olub, ölənlər və yaralananlar var  |     20:30 Azərbaycandan çıxışına qadağa qoyulan 495 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb  |     20:25 Sabahın hava proqnozu açıqlanıb  |     20:18 Ağacların qanunsuz kəsilməsinə dair sənədlər Baş Prokurorluğa göndərilib  |     20:09 Azərbaycanda tikinti materialları istehsal edən müəssisə özəlləşdirilib  |     19:57 Bakıda 12 yaşlı piyadanı avtomobil vurub  |     19:38 Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”  |     19:23 İmişlidə qəza: Xəsarət alanlar var  |     19:08 Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb  |     18:58 Apteklərdə yoxlamalar aparıldı: Nöqsanlar AŞKARLANDI  |     18:51 Xəstəliyinə görə azadlığa buraxılan sabiq baş həkimə ağır cəza istənildi - VİDEO  |     18:38 Qəsəbə sakinlərinin su problemləri 20 ildir həll olunmur - VİDEO  |     18:31 Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ  |    

Yardımlıda 10 min ədəd metadon həbi aşkarlanıb

Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik tərkibli həbləri Bakı şəhərinə daşıyaraq burada satışını təşkil etmək istəyən narkoşəbəkənin üzvləri Yardımlı rayonu ərazisində saxlanılıblar. Onlardan 10 000 ədəd metadon həbi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA - nın cənub bürosuna verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, hər ikisi əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri Vasif Kazımov və Vurğun Abıyev sonuncunun idarə etdiyi "KIA Rio" markalı avtomobildə Yardımlı-Masallı avtomobil yolunun 35-ci kilometrliyində saxlanılıblar. Həmin şəxslərdən 10 000 ədədə yaxın narkotik tərkibli metadon həbi aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı nəticəsində onların sözügedən narkotik vasitəni əldə etdikləri şəxslər də müəyyən edilib və cinayətkar qrupun digər üzvləri, Yardımlı rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Rafət Məcidli və Muxtar Bayıyev polis əməkdaşları tərəfindən saxlanılıblar.

Saxlanılan şəxslərin hamısı barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            552 08.12.23 13:49