Məhkəmə FHN-in rüşvət alan sabiq vəzifəli şəxsləri ilə bağlı qərar verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:13 İmişlidə qəza: Xəsarət alanlar var  |     22:48 Qanunsuz avtomobil idxalına görə tutulan gömrük ekspertinə hökm oxunub  |     22:40 Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib  |     22:33 Keniyada son bir ayda daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb  |     22:26 Hər gün duş qəbul etsək nə olar?  |     22:15 12 min manat aliment borcunu ödəmədi - Həbs edildi  |     22:01 Rusiyadan idxal olunan kartofda zərərli orqanizm aşkarlandı  |     21:50 Karantin cərimələri ləğv ediləcək? (AÇIQLAMA)  |     21:44 Ukrayna əsgərləri Kremennaya yaxınlığında itirilmiş mövqelərini geri aldı - ISW  |     21:28 Şəmkirdə tikinti materialları satışı mağazası yanıb, bir nəfər xəsarət alıb  |     21:20 İmişlidə yol qəzası olub, xəsarət alanlar var  |     21:11 Keçmiş gömrük əməkdaşına hökm oxunub  |     21:06 Fransada nümayişçilərlə polis arasında toqquşma olub, 17 nəfər saxlanılıb  |     20:59 Erməni hərbi həkimlər NATO-nun təlimlərində iştirak edəcəklər  |     20:47 Azərbaycanda beyin ölümü keçirən şəxslərin yaxınları transplantasiyaya razılıq verməyib  |     20:39 Ukraynanın Xarkov vilayətinə hücum olub, ölənlər və yaralananlar var  |     20:30 Azərbaycandan çıxışına qadağa qoyulan 495 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb  |     20:25 Sabahın hava proqnozu açıqlanıb  |     20:18 Ağacların qanunsuz kəsilməsinə dair sənədlər Baş Prokurorluğa göndərilib  |     20:09 Azərbaycanda tikinti materialları istehsal edən müəssisə özəlləşdirilib  |    

Məhkəmə FHN-in rüşvət alan sabiq vəzifəli şəxsləri ilə bağlı qərar verdi

Şirvan Apellyasiya Məhkəməsində Sabirabadın rüşvət almaqda ittiham olunan sabiq baş memarı Müşfiq Qasımov və Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Əhəmiyyətli Obyektlər üzrə Dövlət Tikinti Müfəttişliyinin baş məsləhətçisi Eldar Quliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Müşfiq Qasımov 8 il 6 ay, Eldar Quliyev isə 5 il 6 ay azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər ötən il Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunublar. İttihamda göstərilib ki, Müşviq Qasımovun FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Əhəmiyyətli Obyektlər üzrə Dövlət Tikinti Müfəttişliyinin baş məsləhətçisi Eldar Musa oğlu Quliyev və digər şəxslərlə qabaqcadan əlbir olaraq Sabirabad rayonu ərazisində yerləşən qeyri-yaşayış obyektində tikinti işlərinin aparılmasına icazə verilməsi, bunun üçün zəruri olan memar rəyi və digər aktların verilməsinə köməklik göstərilməsi üçün onlara müraciət etmiş vətəndaşdan külli miqdarda rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

Müşviq Qasımov və Eldar Quliyevə qarşı Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü (rüşvət alma - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            726 01.12.23 12:49