Rusiyada azərbaycanlı tələbəni qətlə yetirən Volqoqrad sakini barədəsində məhkəmə qərarı məlum olub.
17 yaşlı Timur Qavrilovu qətlə yetirən 22 yaşlı Rusiya vətəndaşı Vitali Vasilyev 19 il müddətinə azadlıqdan məhrum edilib.
Cinayət işinin materiallarına əsasən, 2020-ci il iyunun 13-nə keçən gecə Voroşilov rayonu ərazisində Azərbaycan vətəndaşı olan yeniyetmənin meyiti tapılıb. Mütəxəssislər onun bədənində çoxlu nüfuzedici bıçaq yaraları aşkar ediblər.
Tezliklə hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi saxlamağa nail olublar. Belarusda gizlənən hücum edən şəxs Smolenskdə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.
Bundan başqa, V.Vasilyevin qanunsuz olaraq odlu silah hazırlaması və saxlaması da müəyyən edilib. O, törətdiyi əməllərə görə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək və əlavə 100 min rubl cərimə ödəməyəcək. Məhkəmə həmçinin zərərçəkmiş tərəfin 1,7 milyon rubl məbləğində mənəvi zərərin ödənilməsi tələbini təmin edib.
Qeyd edək ki, Timur Qavrilov Volqorad Tibbi Universitetinin I kursunda təhsil alırmış. Dostlarıgildən gələn Timur 20 bıçaq zərbəsi ilə qətlə yetirilib.