Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:05 “Kontakt Home”un baş direktoru məsuliyyətə cəlb olundu - Pişiyə görə | 14:48 Gürcüstan DTX-nin rəisi Bakıya gəldi | 14:37 Simonyan Azərbaycana gələcək | 13:54 Azərbaycanda zəlzələ oldu | 13:45 Sabirabadda kişi bıçaqlandı: Gəlini saxlanıldı | 13:32 Kartla ödənişlərdə daha çox pul xərcləyirik – AÇIQLAMA | 13:24 Bakıda ilk: Avtobuslar üçün ayrıca işıqforlar quraşdırılacaq | 13:22 Azərbaycan nefti ucuzlaşıb | 13:21 Qısqanclıq zəminində həyat yoldaşını döyən şəxs cərimələndi | 13:20 Təhsilə xərclənTəhsilə xərclənən milyardlar - Rəsmi rəqəmlər açıqlandıən milyardlar - Rəsmi rəqəmlər açıqlandı | 13:07 Gürcüstanda keçmiş arvadını öldürtmək üçün killer tutan azərbaycanlı siyasətçi həbs edildi | 13:02 Rəsmi Bakıdan Fransaya etiraz: "Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinin" | 12:50 Gülarənin qətli əvvəlcədən planlaşdırılmışdı? - VİDEO | 12:28 Şahzadə Harri Rusiyaya qarşı döyüşməyə hazır olduğunu bəyan etdi | 12:14 Təbrizdə silahlı insident: Azərbaycanlı hakim və ailə üzvləri qətlə yetirildilər | 12:11 Sənədsiz evlərin sahiblərini hansı problemlər gözləyir? – AÇIQLAMA | 12:05 "GTA 6"nın qurucusu Alim Qasımovun ifasını necə tapıb? | 12:03 Paytaxtda bəzi yollar bağlanacaq - Səbəb | 11:57 Məleykə Abbaszadə DİM-dən getdi, rektor təyin olundu - Sərəncam | 11:46 Deputatdan pabda oxuyan Xalq artistinə: "Sənətini harada gəldi nümayiş etdirməməlidir" |
Mojo.az Avto
Mojo.az Avto

Nazirliyin vəzifəli şəxsləri barəsində cinayət işi başlandı

15.10.2021 13:30 3 375
Nazirliyin vəzifəli şəxsləri barəsində cinayət işi başlandı
Paytaxtın Binəqədi rayonu ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Qalid Ağalarovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində ona məxsus mebel sexində, eləcə də, Balakən rayon sakini Ramiz Seyidovun idarə etdiyi yük avtomobilində “Meşə məhsullarının buraxılış orderi” - meşə bileti olmadan işlik material şəklində qanunsuz kəsilmiş fıstıq və qoz cinsindən olan ağaclar aşkar edilib və bunun nəticəsində dövlətin qanunla qorunan mənafelərinə ümumilikdə 39 min manat məbləğində ziyan vurulub.

Bundan başqa, Zaqatala rayonu Makov kənd sakini Muhuma Qardaşovun 2020 və 2021-ci illər ərzində faktiki olaraq cəmi üç ədəd “Meşə məhsullarının buraxılış orderi” əsasında meşədən işlik material gətirməsinə baxmayaraq, Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edilərək, Mohuma Qardaşovun adına 12 ədəd əlavə order yazılaraq 110 kubmetrdən çox məhsulun meşədən çıxarılması müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 259.1-ci (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması İstintaq idarəsinə həvalə edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Son xəbərlər