Mojo.az Banner
23:01 Gürcüstanda dəhşətli qətl: Yeni evlənən azərbaycanlı gənci qisas üçün öldürdülər - YENİ DETALLAR  |     22:55 Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏB  |     22:46 "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə etdi  |     22:40 "Üzrlü saysınlar, amma..." - Seyran Səxavətin 80 illik yubileyində izdiham yaşandı - VİDEO  |     22:20 Makrondan Trampa İranla bağlı çağırış - "Hörmət elə"  |     22:16 Livanın cənubunda BMT-nin üç sülhməramlısı yaralanıb  |     22:11 Bu yolda hərəkət məhdudlaşdırılır  |     22:10 İsveç mediası Avropanın enerji təminatında Azərbaycanın rolundan yazıb  |     22:08 Ali Məhkəmə "Abzas Media" işi ilə bağlı həbs edilən jurnalistlərlə bağlı qərar verdi  |     22:02 2030-cu ilədək şəraitsiz məktəb problemi aradan qalxacaq  |     21:57 "e-Sosial" mobil tətbiqi fəaliyyətini dayandırır  |     21:50 Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək  |     21:44 Baş idarə əməliyyat keçirdi - 3 nəfər saxlanıldı (Video)  |     21:38 Qatarlar arasında interval növbəti dəfə azaldılır  |     21:33 Mingəçevirdə evdən qadın meyiti tapıldı  |     21:25 Polis silah-sursat aşkarladı  |     21:20 İranda humanitar yardımla dolu konteynerlər vuruldu  |     21:11 AQTA idman qidalarının istehlakı ilə bağlı xəbərdarlıq edir  |     21:06 Azərbaycana turist axını azalıb  |     20:59 Ermənistanda hərbçi öldü  |    
Left Banner
Right Banner

Sabirabadda dəhşətli qətl: Kişi həyat yoldaşını və qayınatasını öldürdükdən sonra intihar etdi

21.08.2021 14:00 1 590
Sabirabadda dəhşətli qətl: Kişi həyat yoldaşını və qayınatasını öldürdükdən sonra intihar etdi
Avqustun 20-i saat 23:00 radələrində Sabirabad rayonu, Əsgərbəyli kəndi ərazisində üç nəfər şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabirabad Rayon Prokurorluğunda aparılmış araşdırmalarla müəyyən edilib ki, Saatlı rayonu, Bəylər kənd sakini 1963-cü il təvəllüdlü Nizami Məhərrəmov 10-15 gün öncə arvadı 1976-cı il təvəllüdlü Ruhiyyə Məhərrəmovanın öz atası evinə getməsinə qəzəblənərək qeyd edilən tarixdə qayınatası 1936-cı il təvəllüdlü Əmirxan Əflatunovun rayonun Əsgərbəyli kəndində yerləşən evinə gələrək sonuncuları qoşalüləli ov tüfəngindən atəş açaraq öldürdükdən sonra həmin tüfənglə ürək nahiyəsinə atəş açaraq özünü də öldürüb.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.скачать dle 11.3
Mojo.az Banner