Gəncədə narkotik maddə satmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Elvin Rzayev saxlanılaraq bölməyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman müxtəlif bükümlərdə, külli miqdarda narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
İlkin dindirilmə zamanı saxlanılan şəxs narkotik maddəni satmaq məqsədi ilə əldə etdiyini etiraf edib. Hazırda E.Rzayevə narkotik maddəni satan şəxs və ya şəxslərin kimliklərinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Fakt üzrə Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.