Arvadını döydüyü üçün həbsdədir, çıxanda başını kəsəcəyini deyir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |    

Arvadını döydüyü üçün həbsdədir, çıxanda başını kəsəcəyini deyir

Bakıda həyat yoldaşını döyən və buna görə həbs edilən şəxs məhkəmədə ifadəsi zamanı azadlığa çıxan kimi həyat yoldaşının başını kəsəcəyini elan edib.

“Qafqazinfo” xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə arvadını döyməkdə təqsirli bilinən Əkbər Vəliyevin məhkəməsi keçirilib. Bundan əvvəl də məhkumluq həyatı yaşayan şəxs arvadının ona həmin dövrdə xəyanət etdiyini iddia edib və buna görə onu döydüyünü bildirib.

Təqsirləndirilən Ə. Vəliyev narkotik istifadəsi və daşınmasına görə əvvəllər dəfələrlə məhkum olunub. O, 1998-ci ildə 2 il 6 ay, 2008-ci ildə 3 il, 2014-cü ildə 2 il – ümumilikdə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Əkbər Vəliyev məhkəmədə ifadə verərək özünü təqsirli bilmədiyini deyib:

“Onun xəyanətinə görə aramızda mübahisə yarandı. 2020-ci ilin noyabrında onu döydüm və daha sonra aramızda barışıq oldu. Bu səbəbdən o, şikayətini geri götürdü. Mən də onu hərbi xidmətdə olan oğlumuzun xətrinə bağışladım. Daha sonra qızımın evində yenidən yoldaşımla rastlaşdıq. Lakin ona heç bir zərər yetirmədim. Müstəntiq məndən onu döyüb-döymədiyimi soruşanda döydüyümü etiraf etdim. Amma mən onu fevralda yox, noyabrda döymüşəm. Ağ boş vərəq verdilər və mən də ora imza atdım. Sonrasından isə xəbərim yoxdur.

2021-ci ilin fevral ayında isə onu döyməmişəm və azadlığa çıxdığım vaxt bu böhtana görə onun başını kəsəcəyəm. Heç bir cinayət əməli törətməmişəm və işimə xitam verilməsini istəyirəm”.

Əkbər Vəliyevin arvadı S.V. isə bildirib ki, həyat yoldaşı narkotik istifadəçisi olub:

“Narkotik istifadə edirdi və bundan sonra lazımsız mübahisələr yaradırdı. Ailəmin və övladlarımın xətrinə buna dözürdüm. Sonuncu dəfə 2020-ci ildə Fatmayidəki evimizdə məni xəyanətdə, əxlaqsızlıqda günahlandırdı. Aramızda mübahisə yarandı və anamın evinə getdim. Daim məni hədələyirdi ki, gəl barışaq. Mən də dedim ki, bunun üçün əvvəlcə sən narkotikdən əl çəkməlisən. 2020-ci ilin noyabrın 13-də yaşadığı evdə narkotik maddələr saxladığından həbs edildi. Lakin o, istintaq müddətində azadlıqda idi.

Bu ilin fevral ayında yenidən qarşımı kəsərək şər-böhtan xarakterli sözlər dedi. Onun dediklərinə fikir vermədim və yoluma davam etdim. Bu zaman qolumdan tutub yerə yıxdı. Köməyə adam çağırmaq istəsəm də, imkan vermədi və üzümə zərbələr endirməyə başladı. Yerə yıxılanda belimdən də zərbə aldım. Ayağa qalxanda Əkbər artıq getmişdi və mən polisə müraciət etdim. Hadisə axşam baş verdiyindən küçədə heç kəs yox idi və köməyimə də kimsə gəlmədi. Bilirəm ki, Əkbər azadlıqda qalsa, məni öldürəcək. O, həyatım üçün təhlükəlidir”.

Məhkəmənin hökmü ilə Əkbər Vəliyev Cinayət Məcəlləsinin 128-ci (sağlamlığa qəsdən yüngül zərər yetirmə) maddəsi ilə ittiham olunaraq 6 ay azadlıqdan məhrum edilib. Əkbər Vəliyev aprelin 29-da həbs edilib, o, oktyabrın 29-da azadlığa çıxacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 224 09.06.21 16:07