Bakıda mağazada soyğunçuluq hadisəsi olub.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakıxanov qəsəbəsi ərazisindəki mağazaların birində oranın sahibindən soyğunçuluq yolu ilə 4 060 manat pul, 200 manat dəyərində danışıq kartları və hesabında 360 manat pul olan bank kartını talamaqda şübhəli bilinən S.Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.