İmişlidə 28 yaşlı gəncin güllələnməsi ilə bağlı cinayət işi başlanıb.
Bununla bağlı İmişli rayon prokurorluğu məlumat yayıb.
Bildirilib ki, 25 may 2021-ci il tarixdə saat 23 radələrində İmişli rayonu, Çaxırlı kənd sakini Alı Alıyevə odlu silahdan açılan atəşlə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin həmkəndlisi Yadigar Cəfərov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Alı Alıyevi qəsdən öldürməyə cəhd edib.
Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Yadigar Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda istintaq aparılır.
* * * * *
İmişlidə güllələnmə hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, rayonun Çaxırlı kənd sakini, 1993-cü il təvəllüdlü Alıyev Alı Tariyel oğlu həmkəndlisi, 1966-cı il təvəllüdlü Cəfərov Yadigar Əkbər oğlu ilə aralarında yaranan münaqişə zəminində qolundan və qarın nahiyəsindən çoxsaylı güllə yaraları alıb.
A. Alıyev hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə vəziyyəti ağır olduğu üçün Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.