Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini P.İsmayılov Nəsimi rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 9 qramdan artıq heroin, 9 qramdan artıq metamfetamin, 1 ədəd elektron tərəzi, 1000 manat pul, 1 ədəd plastik kart aşkar edilib.
Davam etdirilən tədbirlərlə yaşadığı Nəsimi rayonu ərazisində yerləşən otelə baxış zamanı oradan 1 kiloqramdan artıq heroin, 530 qram metamfetamin, 900 ədəd preqabalin həbi, 185 ədəd “midrax tropicamid” məhlulu və 2 ədəd elektron tərəzi götürülüb.