Bakıda polisə şikayət edən şəxsin yalan danışdığı məlum olub.
"Report”un xəbərinə görə, 19 yaşlı E.Ağayev polisə müraciət edərək naməlum şəxslərin onu və ailə üzvlərini öldürməklə hədələyərək 25 min manat pul tələb etdiyini bildirib.
E.Ağayev həmin vəsaiti naməlum şəxslərə verdiyini deyib.
Peşəkar müstəntiqin araşdırması nəticəsində E.Ağayevin yalan danışdığı müəyyənləşib. Məlum olub ki, o, 25 min manat pulu "Topaz”da uduzub.
Qeyd edək ki, bilə-bilə yalan xəbərçilik etməyə görə Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulur.