Sabirabad rayon sakini, sosialist əməyi qəhrəmanı Fatma Hüseynova Sabirabad RPŞ-yə ərizə ilə müraciət edərək mart ayı ərzində onun evindən 28 min manat civarında pulun oğurlanması barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, müraciətlə əlaqədar olaraq RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər yerinə yetirilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum edilmiş Elşən Umudov saxlanılıb. Dindirilmə zamanı E.Umudov törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı araşdırma aparılır.