Tovuzda oğurluq edən şəxslər ələ keçdilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:13 İmişlidə qəza: Xəsarət alanlar var  |     22:48 Qanunsuz avtomobil idxalına görə tutulan gömrük ekspertinə hökm oxunub  |     22:40 Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib  |     22:33 Keniyada son bir ayda daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb  |     22:26 Hər gün duş qəbul etsək nə olar?  |     22:15 12 min manat aliment borcunu ödəmədi - Həbs edildi  |     22:01 Rusiyadan idxal olunan kartofda zərərli orqanizm aşkarlandı  |     21:50 Karantin cərimələri ləğv ediləcək? (AÇIQLAMA)  |     21:44 Ukrayna əsgərləri Kremennaya yaxınlığında itirilmiş mövqelərini geri aldı - ISW  |     21:28 Şəmkirdə tikinti materialları satışı mağazası yanıb, bir nəfər xəsarət alıb  |     21:20 İmişlidə yol qəzası olub, xəsarət alanlar var  |     21:11 Keçmiş gömrük əməkdaşına hökm oxunub  |     21:06 Fransada nümayişçilərlə polis arasında toqquşma olub, 17 nəfər saxlanılıb  |     20:59 Erməni hərbi həkimlər NATO-nun təlimlərində iştirak edəcəklər  |     20:47 Azərbaycanda beyin ölümü keçirən şəxslərin yaxınları transplantasiyaya razılıq verməyib  |     20:39 Ukraynanın Xarkov vilayətinə hücum olub, ölənlər və yaralananlar var  |     20:30 Azərbaycandan çıxışına qadağa qoyulan 495 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb  |     20:25 Sabahın hava proqnozu açıqlanıb  |     20:18 Ağacların qanunsuz kəsilməsinə dair sənədlər Baş Prokurorluğa göndərilib  |     20:09 Azərbaycanda tikinti materialları istehsal edən müəssisə özəlləşdirilib  |    

Tovuzda oğurluq edən şəxslər ələ keçdilər

Tovuz rayon Polis Şöbəsinə müraciət edən rayonun Dönük-Qırıqlı kənd sakini olan bir qadın ona məxsus evdən qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Daxil İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, dərhal Tovuz RPŞ-nin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən ümumi dəyəri 25 000 manat olan qızıl-zinət əşyaları oğurlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, rayonun Ağacqala kənd sakini Aslan Quliyev və zərərçəkinin yetkinlik yaşına çatmayan qohumu saxlanılıb.

Araşdırma zamanı məlub olub ki, saxlanılan şəxslər əvvəlcədən planlaşdıraraq oğurluq cinayətini törədib, daha sonra oğurladıqları qızıl-zinət əşyalarını Tovuz, Gədəbəy, Şəmkir, Gəncə və Bakı şəhərlərində müəyyən məbləğə sataraq aralarında bölüşdürüblər. Şübhəli şəxslər saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 197 30.03.21 12:55