Rusiyada həbs edilən azərbaycanlı ekstradisiya edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:13 İmişlidə qəza: Xəsarət alanlar var  |     22:48 Qanunsuz avtomobil idxalına görə tutulan gömrük ekspertinə hökm oxunub  |     22:40 Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib  |     22:33 Keniyada son bir ayda daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb  |     22:26 Hər gün duş qəbul etsək nə olar?  |     22:15 12 min manat aliment borcunu ödəmədi - Həbs edildi  |     22:01 Rusiyadan idxal olunan kartofda zərərli orqanizm aşkarlandı  |     21:50 Karantin cərimələri ləğv ediləcək? (AÇIQLAMA)  |     21:44 Ukrayna əsgərləri Kremennaya yaxınlığında itirilmiş mövqelərini geri aldı - ISW  |     21:28 Şəmkirdə tikinti materialları satışı mağazası yanıb, bir nəfər xəsarət alıb  |     21:20 İmişlidə yol qəzası olub, xəsarət alanlar var  |     21:11 Keçmiş gömrük əməkdaşına hökm oxunub  |     21:06 Fransada nümayişçilərlə polis arasında toqquşma olub, 17 nəfər saxlanılıb  |     20:59 Erməni hərbi həkimlər NATO-nun təlimlərində iştirak edəcəklər  |     20:47 Azərbaycanda beyin ölümü keçirən şəxslərin yaxınları transplantasiyaya razılıq verməyib  |     20:39 Ukraynanın Xarkov vilayətinə hücum olub, ölənlər və yaralananlar var  |     20:30 Azərbaycandan çıxışına qadağa qoyulan 495 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb  |     20:25 Sabahın hava proqnozu açıqlanıb  |     20:18 Ağacların qanunsuz kəsilməsinə dair sənədlər Baş Prokurorluğa göndərilib  |     20:09 Azərbaycanda tikinti materialları istehsal edən müəssisə özəlləşdirilib  |    

Rusiyada həbs edilən azərbaycanlı ekstradisiya edildi

Binəqədi rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən Fətəliyev İlqar Qərib oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə təkrar olaraq xeyli miqdarda özgə əmlakını ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Baş Prokurorluqdan verilən məlumata görə, Fətəliyev İlqar Qərib oğlu barəsində beynəlxalq axtarış elan edilib.

Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Rusiya Federasiyasının Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə İlqar Fətəliyev Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            777 18.03.21 12:30