Bakıda qayınata kürəkənini qanına qəltan etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:53 Sumqayıtda 15 yaşlı qız itkin düşüb  |     11:39 Beynəlxalq səyyahların işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb  |     11:38 Bundan sonra telefon danışığı zamanı emoji göndərmək mümkün olacaq - VİDEO  |     11:37 “Formula-1”in ən yaxşı bolidinin yaradıcısı “Red Bull”u tərk etdi  |     11:36 Çin Ayda gələcək bazasını göstərdi: Qəribə bir məqam hər kəsin diqqətini çəkdi - VİDEO  |     11:34 Azərbaycanda tanınmış aşığın gəlini evdən qaçdı - YENİLƏNİB (VİDEO)  |     11:31 Naxçıvan Dövlət Universitetinin dosenti vəfat etdi  |     11:25 Leonardo Di Kaprioya həsr olunan film çəkiləcək  |     11:25 Şavkat Mirziyoyev Mikayıl Cabbarovu qəbul edib  |     23:13 İmişlidə qəza: Xəsarət alanlar var  |     22:48 Qanunsuz avtomobil idxalına görə tutulan gömrük ekspertinə hökm oxunub  |     22:40 Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib  |     22:33 Keniyada son bir ayda daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb  |     22:26 Hər gün duş qəbul etsək nə olar?  |     22:15 12 min manat aliment borcunu ödəmədi - Həbs edildi  |     22:01 Rusiyadan idxal olunan kartofda zərərli orqanizm aşkarlandı  |     21:50 Karantin cərimələri ləğv ediləcək? (AÇIQLAMA)  |     21:44 Ukrayna əsgərləri Kremennaya yaxınlığında itirilmiş mövqelərini geri aldı - ISW  |     21:28 Şəmkirdə tikinti materialları satışı mağazası yanıb, bir nəfər xəsarət alıb  |     21:20 İmişlidə yol qəzası olub, xəsarət alanlar var  |    

Bakıda qayınata kürəkənini qanına qəltan etdi

Martın 14-də saat 20 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində 1981-ci il təvəllüdlü Mirzəyev Taleh Vaqif oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Binəqədi rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmiş şəxsin qayınatası 1964-cü il təvəllüdlü Abdullayev Mehdi Adıgözəl oğlunun şəxsi münasibətlər zəminində aralarına yaranmış mübahisə zamanı Taleh Mirzəyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Mehdi Abdullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 389 15.03.21 12:31