Gürcüstana duz adı ilə küllü miqdarda narkotik maddə gətirən İran İslam Respublikasının vətəndaşı saxlanıb.
Bu barədə Gürcüstan Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.
Tbilisidə yaşayan 1987-ci il təvəllüdlü İran vətəndaşı narkotik vasitələrin satışında şübhəli bilinib. Həmin şəxsdən gizli video çəkiliş vasitəsi ilə 195 ədəd metadon həbi aşkarlanıb. Şübhəli şəxs Gürcüstana küllü miqdarda narkotik maddələrin gətirilməsini planlaşdırıb.
Axtarış-əməliyyatı nəticəsində Gürcüstan ərazisində yük maşınında duzla dolu kisələrdə külli miqdarda metadon narkotik maddəsi aşkar edilib.
Fakt bağlı araşdırmalar davam etdirilir.