Şəki Ağır Cinayətlər Məhkəməsində Mingəçevirdə arvadını öldürməkdə təqsirləndirilən Elnur İsayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az report-a istinadən xəbər verir ki, hakim Rəşid Hüseynovun sədrlik etdiyi kollegiyanın hökmü ilə E.İsayevə 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Qeyd edək ki, hadisə ötən il mayın 20-də Mingəçevir şəhəri ərazisində baş verib.
İttihama görə, Elnur İsayev həyat yoldaşının başqa şəxslə telefonla danışdığından şübhələnərək qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı 1982-ci il təvəllüdlü Fərqanə İsayevaya bıçaq zərbələri vuraraq qəsdən öldürüb.
Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham verilib.